(+994 51) 230 39 34

BÖLGƏLƏR

HAQQIMIZDA

Dünya turizm sənayesində kənd turizmi mühüm yer tutan sektorlardan biridir. Xüsusilə böyük meqapolislərin əhalisi üçün şəhərin səs-küyündən uzaqda, sakit yaşıl guşədə istirahət etmək çox cəlbedicidir. Ölkəmizdə də turizmin əksər növlərinin inkişafı üçün mövcud potensial var.

 

Həmçinin, Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malikdir və son dövrlərdə bu fəaliyyətin müxtəlif sahələri geniş inkişaf etdirilir. Xüsusilə mikro, kiçik və orta  sahibkarlıqda kənd təsərrüfatı, turizm, xidmət və aqrar sektoru üzrə fəaliyyətlər daha da çox artıb. Regionlarda mühim əhəmiyyət kəsb edən və geniş yayılmış, əhalinin özünüməşğulluğunun təmin edilməsində və yaşayış şəraitinin yaxşılaşdırılmasında kənd turizmi xüsusi önəm daşıyır.