(+994 51) 230 39 34

info@bizimdiyar.az

Sahibkarlar ilə işgüzar görüş keçirilib

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində təsis olunmuş sahibkarlıq subyektlərinin sahibkarları ilə konsultativ görüş keçirilib.

Görüşdə sahibkarlarla yeni təsis edilən “kənd qonaq evləri” nin fəaliyyətində qarşılaşdıqları çətinliklər, yaranmış yeni imkanlar, vergi ödəmələri və s. haqqında müzakirələr aparılıb. Qarşıdan gələn payız və qış aylarında “kənd qonaq evləri”nin fəaliyyətinin təşkili ilə bağlı planlar müzakirə edilib.

Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilib. Layihə çərçivəsində İsmayıllı rayonunun kəndlərində 15 sahibkarlıq obyekti təsis edilib və kənd qonaq evi kimi fəaliyyətə başlayıb.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on vk
Share on whatsapp
Share on telegram

XƏBƏRLƏR

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən icra olunan “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti – kənd qonaq evi istifadəyə verilib.

Yerli və xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd qonaq evləri İsmayıllı rayonunun Buynuz, Xanəgah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində yerləşir. KOBİA-nın dəstəyi ilə kənd qonaq evləri əsaslı şəkildə təmir edilib və onların sahiblərinin turizm və xidmət sahələrində bilik və bacarıqlara yiyələnməsi üçün silsilə təlimlər təşkil olunub. Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində qonaq evləri müvafiq avadanlıqlarla (divan və kreslo, stol və stul, yataq dəstləri, qarderob, soyuducu, kondisoner, televizor, mikrodalğalı soba, tozsoran, mətbəx ləvazimatları və s.) təmin olunub.

Kənd qonaq evlərinin istifadəyə verilməsi ilə əlaqədar İsmayıllı rayonunun Buynuz kəndində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, eləcə də bir sıra dövlət qurumlarının və müxtəlif QHT-lərin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbir iştirakçıları kənd qonaq evləri ilə tanış olub, onlara layihə çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin məqsədi regionlarda sahibkarlığın təşviq olunması və özünüməşğulluğun təmin edilməsi ilə əhalinin rifah halının yaxşılaşdırılmasına dəstək olmaqdır. Layihənin icrasına 2020-ci ilin sentyabr ayından başlanılıb. Layihənin iştirakçısı olan kənd sakinləri sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən və ya özünü bu sahədə inkişaf etdirmək istəyən şəxslərdir. İştirakçıların seçimi zamanı sosial həssas qrupa aid şəxslərə üstünlük verilib. Layihənin digər üstünlüyü turizm sahəsində 15 mikro sahibkarlıq subyektinin yaradılmasına nail olunmasıdır.

Tədbir çərçivəsində həmçinin, İsmayıllı rayonuna məxsus ənənəvi fəaliyyət sahələrinə dair stendlər nümayiş olunub.

Layihəyə qoşulmuş kənd sakinləri qonaq evlərinin yaradılmasının onların gəlirlərinin artmasında və məşğulluqlarının təmin edilməsində, rayonda sahibkarlığın inkişafında əhəmiyyətli olacağını qeyd edib, dəstəyə görə təşəkkür ediblər.

0 baxış

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində təsis olunmuş sahibkarlıq subyektlərinin sahibkarları ilə konsultativ görüş keçirilib.

Görüşdə sahibkarlarla yeni təsis edilən “kənd qonaq evləri” nin fəaliyyətində qarşılaşdıqları çətinliklər, yaranmış yeni imkanlar, vergi ödəmələri və s. haqqında müzakirələr aparılıb. Qarşıdan gələn payız və qış aylarında “kənd qonaq evləri”nin fəaliyyətinin təşkili ilə bağlı planlar müzakirə edilib.

Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilib. Layihə çərçivəsində İsmayıllı rayonunun kəndlərində 15 sahibkarlıq obyekti təsis edilib və kənd qonaq evi kimi fəaliyyətə başlayıb.

0 baxış

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində fəaliyyət göstərən sahibkar ilə işgüzar görüş keçirilib.

Görüşdə Aqrar Tədarük və Təchizat ASC-nin nümayəndələri iştirak edərək “Kənddən şəhərə” layihəsi çərçivəsində sahibkarları yaradılmış yeni imkanlar barədə məlumatlandırıb. Sahibkarların sualları ətraflı şəkildə cavablandırılıb.

Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin. (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilib.

0 baxış